“Liverpul” uduzdu, Kyeza çempion oldu

Federiko Kyezanın çempionluğu komandasından sonra reallaşıb. İtaliyalı cinah hücumçusu bunun üçün bir həftə gözləməli olub.

Newsport.az xəbər verir ki, İngiltərə Premyer Liqasındakı qaydalara görə, hər hansı oyunçu çempion adına sahib çıxmaq üçün minimum 5 matçda forma geyməlidir. Kyeza isə mövsüm ərzində cəmi 4 qarşılaşmada meydana çıxmışdı.

Bu səbəbdən “Liverpul”un baş məşqçisi Arne Slot dünən “Çelsi” ilə oyunda Kyezaya 82-ci dəqiqədə meydana çıxmaq şansı verdi. Mövsüm ərzində cəmi 4 qarşılaşmada forma geyən Federiko yenə qol və ya məhsuldar ötürmə sahibi olmadı, amma İngiltərə çempionu adını qazandı.

Xatırladaq ki, “Liverpul” qızıl medalları hələ aprelin 27-də təmin etmişdi. Komandaya yayda qoşulan italiyalı isə bundan bir həftə sonra matç planını doldurdu. Onun oynadığı görüşdə “Çelsi” 3:1 hesabı ilə qalib gəldi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right