Ərəblərdən Mourinyoya cəlbedici təklif

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanında çalışa bilər.

Newsport.az xəbər verir ki, "Əl-İttifaq" portuqaliyalı mütəxəssisi komandanın "sükanı arxasına" gətirmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Klub rəhbərliyi artıq Mourinyo ilə danışıqlara başlayıb. Ərəblər 62 yaşlı məşqçiyə 2 il üçün 50 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi gələn ilin yayına kimi nəzərdə tutulub 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right