Arda Gülerə "El-Klassiko" müjdəsi

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Arda Güler haqqında danışıb.

Newsport.az xəbər verir ki, mütəxəssis La Liqanın 34-cü turunda "Selta" ilə matçdan sonra 20 yaşlı yarımmüdafiəçi haqda xoş sözlər səsləndirib.

Arda həmin görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Ançelotti isə Türkiyə millisinin üzvünü tərifləyərək onun "Barselona" ilə qarşıdak gələn matçda oynaya biləcəyini vurğulayıb: 

"Arda Güler çox keyfiyyətli bir futbolçudur. Üzərində çox işlədi və heç vaxt özünə inamını itirmədi. Sentyabr ayından bəri çox inkişaf edib və dəyişib. Dəqiq deyə bilərəm ki, Arda Güler "Barselona" ilə matçda oynaya bilər. Start heyətdə yer almaq üçün komanda yoldaşları ilə rəqabət aparacaq".

Qeyd edək ki, Arda cari mövsüm La Liqada 23 oyunda 3 qol vurub.

Əlavə edək ki, "El-Klassiko" mayın 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right