Millimizin üzvü Finlandiya klubundan ayrıldı Rəsmi

Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü Finlandiyanın HİK klubundan ayrılıb.

Newsport.az xəbər verir ki, 26 yaşlı vinger öz istəyi ilə Helsinki təmsilçisini tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Ozan Can Kökcü mövsümün əvvəlində HİK-ə keçmişdi. Azərbaycanlı oyunçu bu müddətdə komandanın heyətində meydana çıxdığı 26 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right