"Barselona"da "İnter"lə matçöncəsi son durum Levandovski oynaya bilsə də...

"Barselona" Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda 6 mayda səfərdə "İnter"in qonağı olacaq (ilk oyun – 3:3).

Newsport.az xəbər verir ki, COPE-un məlumatına görə, kataloniyalıların müdafiəçisi Aleks Baldenin meydana qayıtması demək olar ki, istisnadır. Onun bud əzələsindən aldığı zədənin sağalma prosesi gözlənildiyi qədər sürətli getmir.

Əksinə, hücumçu Robert Levandovski gözləniləndən tez bərpa olub və Milan səfərinə qatılacaq. O, ilk matçı bud nahiyəsindəki zədə səbəbindən buraxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right