“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Valyadolid”lə matçda (2:1) komandasının çıxışından danışıb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunçuların çıxışından razı qaldığını bildirib:
“Heç kimdən məyus deyiləm. Siyahıda doqquz dəyişiklik etdik. Futbolçular gəncdir, onlara inanıram. Bu gün onlar üçün asan olmadı, amma hər şeyi verdilər. “Valyadolid” dərin müdafiə olundu və ilk hissədə topu bir cinahdan digərinə köçürmədik, istədiyimiz kimi. Fasilə zamanı bəzi düzəlişlər etdik”.
Almaniyalı məşqçi Çempionlar Liqasının yarımfinalında “İnter”lə cavab oyunu öncəsi əsas oyunçularına istirahət verərək, bir sıra dəyişikliklər edib. Kataloniya klubu La Liqanın əsas autsayderi ilə qarşılaşmada müəyyən çətinliklərlə üzləşsə də, yenə də qalib gələ bilib.