İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, lider "Barselona" səfərdə "Valyadolid"in qonağı olub. Qarşılaşma Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 79-a yüksəldən "Barselona" liderliyini davam etdirir. 16 xalı olan "Valyadolid" isə sonuncu yerdədir.