Huşunu itirən qapıçının beyni silkələnib

Almaniya Bundesliqasının 32-ci turunda “Bohum”a qarşı matçda (0:0) ciddi zədə alan “Haydenhaym”ın qapıçısı Kevin Müllerin beyni silkələnib.

Newsport.az xəbər verir ki, oyunun 49-cu dəqiqəsində rəqib futbolçu İbrahima Sissoko ilə toqquşmadan sonra huşunu itirən qolkiper xəstəxanaya çatdırılıb.

Müayindən sonra onun beyninin silkələndiyi aşkar edilib. 34 yaşlı qapıçı artq özünə gəlib. Klubun İdarə Heyətinin üzvü Holger Sanvald açıqlamasında bildirib ki, Müller suallara cavab verir, hətta nə vaxt meydana qayıdacağını da soruşur.

Qeyd edək ki, Kevin Müller 2015-ci ildən “Haydenhaym”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right