İngiltərə Premyer Liqasında 35-ci turun görüşləri keçirilir.
Newsport.az xəbər verir ki, doğma meydanda "Bornmut"la qarşılaşan"Arsenal" bu görüşdə azarkeşlərini sevindirə bilməyib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu matçdan sonra "Arsenal" 67 xalla 2-ci pillədə, "Bornmut" isə 53 xalla 8-ci pillədə qərarlaşıb.