Karlo Ançelotti "Real"ın mövsümünü dəyərləndirib.
Newsport.az xəbər verir ki, növbəti mövsüm komandada olmayacağı gözlənilən Ançelotti özü üçün demək olar ki, kral klubunda son mövsüm haqda bunları qeyd edib:
"Peşəkar baxımdan bu, adət etdiyimizdən daha çətin bir mövsüm oldu. Xüsusilə də əvvəlki, demək olar ki, ideal keçən mövsümlə müqayisədə. Mövsüm ərzində həll etməyə çalışdığımız bir sıra problemlərlə qarşılaşdıq. Mövsüm hələlik ideal deyil, amma qarşıda beş oyun var və bu müddətdə hər şey baş verə bilər. Başımızı aşağı salmamalı, hər oyunda qalib gəlmək üçün çalışmalı və nəticənin nə olacağını görməliyik. Əlimizdən gələn hər şeyi edəcəyik.
Hazırda mövsüm çox da yaxşı görünmür, amma qazanılan qələbələr onu tez bir zamanda uğurlu mövsümə çevirə bilər".