İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, bu gün "Aston Villa" doğma meydanda "Fulhem"i qəbul edib. Qarşılaşma Birmingem təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 67-yə yüksəldən "Aston Villa" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 51 xalı olan "Fulhem" isə 8-ci yerdədir.