"Haydenheym"in qapıçısı Kevin Müller ağır zədə alıb
Newsport.az xəbər verir ki, 34 yaşlı qolkiper Almaniya Bundesliqasının 32-ci turunun "Bohum"la matçında rəqib futbolçu İbrahima Sissoko ilə toqquşub. Huşunu itirən almaq "əlcək sahibi" dərhal xəstəxanaya aparılıb.
Təcrübəli qapıçının nə qədər yaşıl meydanlardan uzaq qalacağı bəlli deyil.
Qeyd edək ki, Kevin Müller 2015-ci ildən "Haydenheym"də çıxış edir. O, cari mövsümdə 39 rəsmi matçda iştirak edib.