"Mançester Yunayted"in futbolçusu Antoni İspaniya La Liqasında qala bilər.
Newsport.az xəbər verir ki, "Atletiko" icarə əsasında "Betis"də çıxış edən braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə "El Chiringuito TV" məlumat yayıb.
"Mançester Yunayted" oyunçusunu satmağa isti yanaşır. "Qırmızı şeytanlar" 25 yaşlı futbolçu üçün 50 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Betis" Antonini bu ilin yanvar ayında icarəyə götürüb. Braziliya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.