Liqa 1-ə yüksələn ikinci komanda bəlli oldu

Fransa Liqa 1-ə vəsiqə qazanan daha bir klubun adına aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, "Loryen"dən sonra "Paris" də növbəti mövsüm elitada mübarizə aparmaq hüququ əldə edib.

Parislilər mövsümün bitməsinə 1 tur qalmış ilk iki pillədə olmağı təmin edib. Paytaxt klubu 33-cü turda səfərdə "Martiq"lə 1:1 hesablı heç-heçə edərək xallarını 66-ya yüksəldib. Onlar son tur öncəsi 3-cü yerdə olan "Metz"i 4 xal qabaqlayır.

Qeyd edək ki, "Paris" sonuncu dəfə 1979/1980 mövsümündə Liqa 1-də mübarizə aparıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right