Arteta onun “Arsenal”a keçməsi üçün çalışır

“Real”ın hücumçusu Brahim Dias karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanına malikdir.

Newsport.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Məlumata görə, 25 yaşlı futbolçunun xidmətində “Arsenal” klubu maraqlıdır. “Topçular”ın baş məşqçisi Mikel Arteta şəxsən Diasın keçidi üçün çalışır.

Diasın “kral klubu” ilə 2027-ci ilin iyun ayının sonuna qədər olan müqaviləsi var.

“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir. O, İspaniya çempionatının cari mövsümündə 28 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right