"Traktor" tarixində ilk dəfə İran çempionu oldu

Cənubi Azərbaycanın "Traktor" futbol klubu tarixi uğura imza atıb.

Newsport.az xəbər verir ki, 1970-ci ildə yaradılmış Təbriz təmsilçisi 55 illik tarixində ilk dəfə İran Pro Liqasının qalibi olub.

"Al qurdlar" böyük zəfəri Qəzvin səfərində əldə ediblər.

Xorvatiyalı Draqan Skoçiçin baş məşqçisi olduğu kollektiv "Şəms Azar"ı darmadağın (4:0) edərək sona iki tur qalmış xal ehtiyatını 64-ə çatdırıb.

Aktivində 56 xalı olan təbrizlilərin ən yaxın izləyicisi "Sepahan" isə paralel görüşdə doğma meydanda "Gol Gohar"a uduzmaqla "Traktor"un ilk çempionluğunu tezləşdirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right