Benzema rəsmən millidən qovuldu!

Fransa baş naziri Manuel Valls Madrid "Real”ının və Fransa milli komandasının forvardı Kərim Benzema ilə maraqlı açıqlama verib.  

Newsport.az-ın məlumatına görə,baş nazir Avro 2016-nınfinal mərhələsi çərçivəsində gələn il Fransada təşkil olunacaq oyunlar zamanı 27 yaşlı futbolçunun millinin heyətində olmayacağını açıqlayıb. 
 
İş orasındadır ki, onsuz da başı dərddə olan Kərim "Barselona" ilə "El Klasiko" görüşündən öncə Parisdəki terror aktı nəticəsində dünyasını dəyişənlərin xatirəsəni anmaq üçün ifa edilən "Marselyoza" tam bitməmiş meydana tüpürmüşdü. Məhz bu hadisə Benzemanın bir müddətlik milli qapılarını bağlayıb.
 
Qeyd edək ki, Benzema 2007-ci ildən Fransa milli komandasının formasını geyinir. O, millinin heyətində 81 oyun keçirərək  27 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right