"Real" Portuqaliya klubunun müdafiəçisi ilə maraqlanır

İspaniyanın "Real" klubu Portuqaliya təmsilçisi "Benfika"da çıxış edən Alvaro Karrerasla maraqlanır.

Newsport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Amma madridlilər 22 yaşlı müdafiəçi üçün 60 milyon avronu ödəmək istəmir.

"Kral klubu" oyunçunu 2024-cü ilin yayında "Benfika"ya satan "Mançester Yunayted"i də prosesə cəlb etmək niyyətindədir. Müqavilədəki bəndə əsasən, İngiltərə təmsilçisi ispaniyalı futbolçunu 18 milyon avroya almaq hüququna malikdir. "Real" bunun reallaşması ilə birlikdə 30-35 milyon avroya müdafiəçini transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Alvaro Karreras cari mövsüm "Benfika"da keçirdiyi 47 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right