Premyer Liqada ayın ən yaxşısı adına 5 namizəd

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb.

Newsport.az xəbər verir ki, siyahıda “Aston Villa”dan Unay Emeri (5 matç, 4 qələbə, 1 məğlubiyyət), “Mançester Siti”dən Pep Qvardiola (5 matç, 4 qələbə, 1 heç-heçə), “Nyukasl”dan Eddi Hou (5 matç, 4 qələbə, 1 məğlubiyyət), “Vulverhempton”dan Vitor Pereyra (5 matç, 5 qələbə) və “Liverpul”dan Arne Slotdur (5 matç, 4 qələbə, 1 məğlubiyyət) yer alıb.

Mükafatın qalibi mayın 5-də azarkeşlərin və ekspertlərin səsverməsinin nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, mart ayında Nunu Eşpiritu Santu (“Nottingem Forest”) ən yaxşı məşqçi seçilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right