Rodriqo yay transfer pəncərəsində “Real”ı tərk edə bilər.
Newsport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Braziliyalı hücumçu hesab edir ki, Kilian Mbappe, Vinisius Junior və Çud Bellingem kimi ulduzlarla bir komandada özünü uyğun hiss etmir. Üstəlik, “qızıl top” və “The Best” kimi nüfuzlu mükafatlara namizədlər siyahısına düşməməsi də onun bu qərarında mühüm rol oynayır.
Mövsüm ərzində La Liqada 30 oyuna çıxan Rodriqo 6 qol vurub və 6 məhsuldar ötürmə edib.