Ukraynalı qapıçı Andrey Luninin “Real”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. 26 yaşlı futbolçu daim əsas heyətdə yer almaq istəyir, ancaq hazırda o, madridlilərin belçikalı qolkiperi Tibo Kurtuadan sonra komandanın ikinci qapıçısı hesab olunur.
Newsport.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Luninin agenti Jorje Mendeş artıq “Real” rəhbərliyinə müraciət edib və futbolçunun əlində olan təkliflər barədə məlumat verib.
Ukraynalı oyunçu ilə maraqlanan klublardan biri də “Qalatasaray”dır.
O, indiyədək “Real” forması ilə 60 oyuna çıxıb