Rusiyanın "Dinamo" komandasına müvəqqəti baş məşqçi təyin olunub

Rusiyanın "Dinamo" futbol komandasına müvəqqəti baş məşqçi təyin olunub.

Newsport.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Rolan Qusev mövsümün sonunadək bu vəzifəni icra edəcək.

47 yaşlı mütəxəssis bu gün istefaya göndərilmiş baş məşqçi Martsel Liçkanı əvəzləyib.

Qeyd edək ki, "Dinamo" Rusiya Premyer Liqasında 26 turdan sonra 47 xalla beşinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right