Ançelotti hara gedir?

Karlo Ançelottinin karyerasını harada davam etdirəcəyi ilə bağlı şayiələr bitmir. “Real”dan ayrılacağı gözlənilən italiyalı mütəxəssis seçim qarşısındadır.

Newsport.az xəbər verir ki, Braziliya millisinə təyinatla bağlı gözləntilərə kölgə düşüb. Madridlilər onu buraxmaq niyyətində deyil. Mövsüm bitməmiş gedişinə icazə verilməyən italiyalının hələ daha bir illik müqaviləsi var. Hətta istefaya göndərilsə belə onun La Liqada möcsümü başa vurması tələb edilir. Bu isə braziliyalıları qane etmir.

Cənubi amerikalılar iyunun 4-də Ekvadorla seçmə mərhələ oyununa çıxmalıdır. Bu matça komandanı Ançelottinin hazırlaması istənilir. “Real” isə erkən vidanın əleyhinədir. Braziliyalı funksionerlər Ançelottinin klubdan razılıq ala bilməyəcəyi təqdirdə, danışıqları dayandırmaq və “Əl Hilal”da işləyən Jorje Jesusla anlaşmaq niyyəti var.

İtaliyalı da boş dayanmır. “Real”da onu əvəzləyəcək mütəxəssislərin siyahısının müəyyənləşdiyi bir dövrdə don Karlo da Səudiyyə Ərəbistanından gələn çoxsaylı təklifləri götür-qoy edir. Lakin Braziliya millisi hazırda prioritet hədəfdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right