"Çelsi"nin qadın futbolçulardan ibarət komandası ardıcıl 6-cı dəfə İngiltərə çempionu olub.
Newsport.az xəbər verir ki, bu, XX turda “Arsenal”ın “Aston Villa”ya 2:5 hesablı məğlubiyyətindən sonra reallaşıb.
Səfərdə "Mançester Yunayted"i məğlub edən (1:0) komanda mövsümün sonuna 2 tur qalmış Premyer Liqada növbəti çempionluğunu rəsmiləşdirib.
London klubu cari mövsümdə üçüncü titulunu qazana bilər. Belə ki, "Çelsi" İngiltərə Kubokunun finalında "Mançester Yunayted"lə qarşılaşacaq. Komanda daha əvvəl İngiltərə Liqa Kubokunda da qızıl medalların sahibi olub.
Qeyd edək ki, "Çelsi" 2019/2020 mövsümündən bəri hər il ölkə çempionatın qalibi adını qazanır.