Mbappeni unutdurdu

Lamin Yamal Çempionlar Liqasında yeni rekorda imza atıb. “Barselona”nın vingeri yarımfinalda qol vuran ən gənc oyunçu olub.

“İnter”lə ilk matçın 24-cü dəqiqəsində fərqlənən Lamin 17 yaş 291 günlüyündə qol sevinci yaşayıb. O, Kilian Mbappenin göstəricisini üstələyib. Fransalı forvard 2016/17 mövsümündə 18 yaş 140 günlüyündə “Monako”nun heyətində “Yuventus”a qol vurmuşdu.

Qeyd edək ki, “Barselona” – “İnter” görüşü 3:3 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right