Ötən gecə məşhur futbolçular Lionel Messi və Kriştiano Ronaldo üçün uğursuz olub.
Newsport.az xəbər verir ki, Messinin formasını geyindiyi "İnter Mayami" (ABŞ) KONKAKAF Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "Vankuver"ə 1:3 hesabı ilə uduzub. Bu komandalar arasında ilk oyunda da "Vankuver" qələbə qazanmışdı - 0:2. Beləliklə, "İnter Mayami" ÇL-lə vidalaşıb.
Ronaldolu "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) isə Asiya Çempionlar Liqasının 1 matçlıq yarımfinalında Yaponiya "Kavasaki Frontala"sına 2:3 hesabı ilə uduzub. Bununla da "Əl-Nəsr" finala 1 addım qalmış mübarizəni dayandırıb.
Sözügedən görüşlərdə həm 37 yaşlı Messi, həm də 40 yaşlı Ronaldo öz komandalarının start heyətlərində meydana çıxıblar və sonadək oynayıblar.