17 yaşlı Yamal "Barselona"da 100-cü oyuna çıxdı

"Barselona"nın futbolçusu Lamine Yamal komandasında yubiley matçına çıxıb.

Newsport.az xəbər verir ki, 17 yaşlı hücumçu Çempionlar Liqasının yarımfinalının "İnter"lə ilk oyununda (3:3) start heyətdə yer alıb.

Bu, gənc futbolçunun Kataloniya klubunda 100-cü matçı olub. Oyunda əla performansla yadda qalan Yamal 24-cü dəqiqədə komandasının ilk qolunu vurub.

Qeyd edək ki, Lamin Yamal "Barselona"da debütünü 2023-cü ilin aprelində edib. Bu mövsüm Yamal bütün turnirlərdə 48 matçda iştirak edib, 15 qol vurub və 24 məhsuldar ötürmə müəllifi olub. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right