“İnter”in baş məşqçisi Simone İnzagi “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk maçında “İnter” səfərdə “Barselona” ilə qarşılaşıb. 3:3 hesabı ilə bitən görüşdə 17 yaşlı ispaniyalı bir gözəl qol da vurub.
Matçdan sonra keçirilən mətbuat konfransında İnzagi Yamal barədə sualı cavablandırarkən deyib:
“Mən son 8-9 il ərzində Lamin Yamal kimi bir futbolçu görməmişəm. Ona qarşı üç oyunçu oynatmalı olduq və təbii ki, bu zaman “Barselona” üçün bəzi boşluqları yarandı”.
Lamin Yamal Çempionlar Liqasının yarımfinalında qol vuran ən gənc futbolçu olub və bu göstərici ilə “Monako”da oynamış Kilian Mbappenin rekordunu qırıb.