Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Newsport.az xəbər verir ki, yarımfinalın ikinci qarşılaşması İspaniyada baş tutub.
"Barselona" evdə İtaliyanın "İnter" klubu ilə üz-üzə gəlib. Oyunda məhsuldar heç-heçə qeydə alınıb - 3:3.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri 6-7 may tarixlərində keçiriləcək.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
"Barselona" (İspaniya) – "İnter" (İtaliya) - 3:3
Qollar: Yamal, 24, Torres, 38, Sommer, 65 (aq) // Turam, 1, Damfris, 21, 64