Konfrans Liqası: "Çelsi" və "Betis"dən qələbə Yenilənib

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçirilib.

Newsport.az xəbər verir ki, hər iki matç eyni gündə oynanılıb.

İspaniyada "Betis" İtaliya "Fiorentina"sını məğlub edib. İngiltərə "Çelsi"si isə İsveçdə "Yurqorden"ə qalib gəlib.

Qeyd edək ki, yarımfinalın cavab matçları mayın 8-də keçiriləcək.

Konfrans Liqası, 1/2 final, ilk oyunlar

1 may

23:00. “Betis” (İspaniya) - “Fiorentina” (İtaliya) - 2:1

Qollar: Ezzalzuli, 6, Antoni, 64 - Ranyeri, 73

23:00. “Yurqorden” (İsveç) - “Çelsi” (İngiltərə) - 1:4

Qollar: Muluqeta, 68 - Sanço, 13, Maduke, 43, Cekson, 59, 65





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right