“Qızıl top” mükafatını tənqid etdi

Niderland millisinin sabiq yarımmüdafiəçisi Klarens Zeedorf nüfuzlu “Qızıl top” mükafatı barədə mənfi fikir bildirib. Onun fikrincə, bu müsabiqə obyektiv keçirilmir.

Newsport.az xəbər verir ki, veteran futbolçu Rusiya mətbuatına müsahibəsində "Frans Futbol" jurnalının keçirdiyi ənənəvi sorğu barədə danışarkən deyib:

“Ümumiyyətlə, nə üçün “Qızıl top” bu qədər vacibdir? Mən düşünmürəm ki, bu, hansısa göstərici və ya meyardır. Ola bilsin, əvvəllər belə idi. Məşqçilər və futbolçular səs verəndə, bu mənə məntiqli görünürdü. Baxmayaraq ki, bəzən yenə də ən yaxşı futbolçunu seçmirdilər, daha çox klub yoldaşlarına və ya məşqçilərinə səs verirdilər. Hesab edirəm ki, hər xətt üzrə – qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu – ən yaxşı futbolçunu ayrıca seçmək lazımdır. Sonra isə ilin ən yaxşı oyunçusunu müəyyənləşdirmək olar. Mən istərdim ki, bu istiqamətdə addımlar atılsın. Çox vaxt ən dəyərli oyunçu məsələn, Makelele ola bilərdi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right