"Liverpul" İngiltərə millisinin üzvü üçün hərəkətə keçəcək

"Liverpul" "Vest Hem"in futbolçusu üçün 50 milyon funt sterlinq ödəməyə hazırdır.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, söhbət Jarrod Bouendən gedir. 

Onunla maraqlanan digər klub isə "Tottenhem"dir.  “Liverpul" bu yay futbolçunun keçidini həll etməyə çalışır.

Komandalar oyunçunu transfer etmək üçün 50 milyon funt-sterlinqdən çox pul ödəməli olacaqlar.

28 yaşlı vinger İngiltərə millisinin üzvüdür. O, “Hereford”, “Hall Siti” klublarında oynadıqdan sonra “Vest Hem”ə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right