"Beşiktaş"ın futbolçusunu "Lids" istəyir

"Beşiktaş"ın futbolçusu Milot Raşitsa yeni sezondan İngiltərə Premyer Liqasında oynaya bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kosovolu futbolçu “Lids”in maraq dairəsindədir.

Bu sezon Çempionşipdə mübarizə aparan və yeni sezon Premyer Liqada oynamağa haqq qazanan “Lids” Raşitsa üçün “Beşiktaş”la danışıqlara başlayıb.

28 yaşlı futbolçu 2023-cü il avqustun 16-dan İstanbul klubunda oynayır. Onun “qara qartal”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Milot “Vuştriya”(Kosovo), “Vitess”(Niderland), “Verder”(Almaniya), “Norviç”(İngiltərə), “Qalatasaray”(Türkiyə) klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right