Dembele Zidanı geridə qoydu

PSJ klubunun hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox qol vuran fransalı futbolçuların siyahısında 4-cü pilləyə yüksəlib.

Newsport.az xəbər verir ki, 28 yaşlı forvard buna Çempionlar Liqasının yarımfinal mərhələsinin İngiltərədə "Arsenal"a (0:1) qarşı keçirilmiş ilk oyununda fərqlənməklə nail olub.

Matçın 4-cü dəqiqəsində rəqib qapısına yol tapan futbolçu ÇL-in pley-off raundunda vurduğu qolların sayını 9-a çatdırıb. Dembele bu göstərici ilə əfsanəvi futbolçu Zinəddin Zidan və hazırda İspaniyanın Madrid "Atletiko"sunda çıxış edən Antuan Qrizmannı (hər ikisi 8 qol) geridə qoyub.

Qeyd edək ki, bombardirlər siyahısına 34 qolla Kərim Benzema başçılıq edir. Kilian Mbappe (24 qol) ikinci, Tyerri Anri (12 qol) isə üçüncü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right