Hans Flik: "İnter" Avropanın ən yaxşı komandalarından biridir"

"Barselona" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "İnter"i qəbul edəcək.

Newsport.az xəbər verir ki, İspaniya təmsilçisinin baş məşqçisi Hans Flik matçdan öncə təşkil olunan mətbuat konfransında iştirak edib. Alman mütəxəssis "İnter"in çətin rəqib olduğunu bildirib:

"İnter" Avropanın ən yaxşı komandalarından biridir, çətin rəqibdir. Onlar təkcə yaxşı müdafiə olunmur, həm də təhlükəli hücum edirlər. Buna hazır olmalıyıq. Çempionlar Liqasının yarımfinal mərhələsidir. Hər iki komanda bu mərhələni keçmək istəyir. Finala iki oyun qalıb. Bu matçın nə qədər vacib olduğunu hər kəs dərk edir. Çempionlar Liqasının finalına çıxmaq şansımız var. Bu, hər kəsin arzusudur. Buna görə də, əlimizdən gələnin ən yaxşısını etməliyik".

Qeyd edək ki, "Barselona" - "İnter" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right