"Real"ın istədiyi futbolçu üçün 75 milyon avro tələb edirlər

"Atalanta"nın yarımmüdafiəçisi Ederson İspaniya La Liqasında çıxış edə bilər.

Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, "Real" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. "Kral klubu" Edersonu yayda transfer etməyə çalışacaq.

"Atalanta" oyunçusunu satmağa hazırdır. İtaliya klubu 25 yaşlı futbolçu üçün 75 milyon avro tələb edir.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Ederson bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 45 oyunda 5 qol vurub, 2 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right