Burkino-Faso millisinin forvardı Bundesliqa klubunda

"Trua" və Burkino-Faso millisinin hücumçusu Siryak İrie yayda “Frayburq”a keçəcək.

Newsport.az "Bild"ə istinadən xəbər verir ki, transfer qiyməti 10 milyon avro olacaq.

Futbolçu bazar ertəsi tibbi müayinədən keçəcək. Bu mövsüm İri Liqa 2-də 31 matçda 9 qol (6 qol və 3 məhsuldar ötürmə) və Fransa Kubokunun 5 oyununda 2 qol vurub.

Transfermarkt 19 yaşlı hücumçunu 5 milyon avro qiymətləndirir.

Daha əvvəl "Liverpul"un da İrieni transfer etmək istədiyi bildirilirdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right