Sesk Fabreqas yayda "Roma"nı çalışdıra bilər.
Newsport.az “Sky Sport”a istinadən xəbər verir ki, “Komo”nun baş məşqçisinə rəsmi təklif gəlib.
Klaudio Ranyeri cari mövsümün sonunda “canavarlar”ı tərk edəcək. Fabreqas isə “Roma”nın siyahısında birinci pillədədir.
37 yaşlı ispaniyalıdan başqa, İtaliya klubunun siyahısında Françesko Farioli (“Ayaks”) və Patrik Vieyra (“Cenoa”), həmçinin “Milan”ın sabiq baş məşqçisi Stefano Pioli də var.