"Real"ın müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq

İspaniyanın "Real" klubunun almaniyalı müdafiəçisi Antonio Rudiger zədə səbəbindən cari mövsümün qalan hissəsini buraxacaq.

Newsport.az xəbər verir ki, Rudiger "Barselona" ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənib.

Madrid klubu futbolçunun sol dizindəki yan menisküsün cırılması səbəbindən bu gün əməliyyat olunduğunu açıqlayıb.

“Marca”nın məlumatına görə, A.Rudigerin sağalma müddəti 6-8 həftə aralığında olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right