Goal portalı 2025-ci ildəki "Qızıl top" mükafatı üçün namizədlərin yenilənmiş reytinqini dərc edib.
Newsport.az xəbər verir ki, portalın eksperlərinə görə, hazırda "Barselona"nın hücumçusu Rafinya mükafatın qalibi adına əsas namizəd hesab olunur. Siyahıda ikinci yeri PSJ-li Usman Dembele, üçüncü yeri isə "Barselona"dan Lamin Yamal tutur.
28 yaşlı Rafinya bu mövsümdə bütün turnirlərdə 50 oyun keçirib, 30 qol vurub və 23 qol ötürməsi edib.
Qeyd edək ki, "Qızıl top"un qalibinin adı oktyabrın 27-də Parisdə keçiriləcək qala-mərasimdə açıqlanacaq.