"Fənərbaxça" Türkiyə Super Liqasının 34-cü turunda doğma meydanda "Beşiktaş"ı qəbul edəcək.
Newsport.az "Fanatik"ə istinadən xəbər verir ki, ev sahibləri İstanbul derbisinə ciddi itki ilə çıxacaq. Belə ki, Allan Sen-Maksimen vacib oyunda komandaya kömək edə bilməyəcək.
Fransalı vinger zədə səbəbindən qarşılşamada iştirak etməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" matçı 4 may tarixində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.