Poqbanın bu komandaya keçəcəyi gözlənilir

Pol Poqbanın karyerasını ABŞ-da davam etdirəcəyi gözlənilir. Artıq onun mümkün yeni klubu da bəllidir. Tərəflər hazırda danışıqlar aparırlar.

Newsport.az "The Athletic"ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "DC United"nin maraq dairəsindədir.

"DC United" 10 turdan sonra Şərq Konfransında 13-cü yerdədir.

Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilmişdi, amma cəza 18 aya endirildi. Fransız futbolçu rəsmi olaraq 2025-ci il martın 10-da diskvalifikasiya müddətini başa vurub.

Hazırda futbolçu 32 yaşındadır. O, öz milli komandası ilə dünya çempionudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right