Nkunku yayda "Çelsi"ni tərk edə bilər

Kristofer Nkunku yayda İngiltərənin "Çelsi" klubunu tərk edə bilər.

Newsport.az "TeamTalk"a istinadən xəbər verir ki, "Arsenal" 27 yaşlı fransalı futbolçunu transfer etmək niyyətindədir.

"Barselona" da onu heyətində görməkdə maraqlıdır.

Qeyd edək ki, K.Nkunku "Çelsi"yə 2023-cü ilin yayında "Leyptsiq"dən keçib. Forvard cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 42 oyunda 14 qol və 5 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right