"Real" növbəti mövsüm üçün də Ançelottiyə ödəniş edəcək, mütəxəssis klub səfiri təyin oluna bilər

İspaniyanın "Real" klubu baş məşqçi Karlo Ançelottiyə növbəti mövsüm üçün də ödəniş edəcək.

Newsport.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Madrid təmsilçisinin prezidenti Florentino Peres 2026-cı ilin yayınadək müqavilədə nəzərdə tutulan pulu italiyalı mütəxəssisə vermək niyyətindədir.

O, cari mövsümün sonunadək postunda qalacaq və bundan sonra Braziliya millisinin baş məşqçisi olacaq. Ançelotti məşqçilik karyerasını bitirdikdən sonra "Kral klubu"nun səfiri olmaq imkanı da əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right