Kurtua ilə müqavilə uzadılacaq

"Real" qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadacaq.

Newsport.az "Relevo"ya istinadən xəbər verir ki, belçikalı qolkiperin yeni sözləşməsi 2028-ci ilin yayına qədər olacaq.

Tərəflərin yaxın günlərdə müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, 32 yaşlı qapıçı 2018-ci ilin avqustundan "Real"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb, 14 matçda isə qapını toxunulmaz saxlayıb. T.Kurtuanın Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right