"Barselona" oyunu öncəsi "İnter"də ciddi itki

"İnter" yaxın zamanda Benjamen Pavarın xidmətindən yararlana bilməyəcək.

Newsport.az xəbər verir ki, müdafiəçi həftəsonu "Roma" ilə keçirilən oyunda (0:1) sol topuq nahiyəsindən zədələnib. "La Gazzetta dello Sport"un məlumatına görə, o, Çempionlar Liqasının "Barselona"ya qarşı ilk yarımfinal oyununda iştirak etməyəcək. 

Eyni zamanda, artıq çərşənbə axşamı səhər saatlarında hücumçu Markus Türam ümumi komanda məşqinə qayıdacaq. O, aprelin ortalarından etibarən bud nahiyəsində yaşadığı problemlərə görə üç oyunu buraxmalı olub.

"Barselona" – "İnter" oyunu 30 aprel Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right