"Barselona" gözünü Lukmana dikdi

"Barselona" yeni mövsüm ərəfəsində hücum xəttini gücləndirmək üçün fəal şəkildə çalışır.

Newsport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

Kataloniya təmsilçisi diqqətini A seriyasının ən parlaq hücumçularından biri olan, "Napoli"nin futbolçusu Ademola Lukmana yönəldib. Klub rtıq yay transfer pəncərəsi öncəsi 27 yaşlı nigeriyalının nümayəndələri ilə əlaqə saxlayıb.

Bununla belə, "Barselona" başa düşür ki, Lukmanı almaq asan olmayacaq. Forvardla əsas heyət yeniləməsini planlaşdıran "Yuventus" da maraqlanır. Eyni zamanda, "Atalanta" liderini ən azı 60 milyon avro dəyərində qiymətləndirir.

Vəziyyəti İngiltərə nəhəngləri - "Çelsi", "Mançester Yunayted", "Liverpul", "Nyukasl" və "Arsenal" da yaxından izləyir.

Bu mövsüm Lukman "Atalanta"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right