Xabi Alonso "Bayer"dən ayrılacaq

"Bayer"İn baş məşqçisi Xabi Alonso gələcəyi ilə bağlı qərarını verib.

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis Bundesliqa klubundan ayrılacaq. O, qarşıdakı günlərdə qərarını açıqlayacaq.

43 yaşlı məşqçinin İspaniyada çalışacağı gözlənilir. Karlo Ançelotti ilə yollarını ayırmağı planlaşdıran "Real"ın əsas hədəfi Alonsonu baş məşqçi postuna gətirməkdir.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabr ayında "Bayer"in baş məşqçisi təyin olunub. Leverkuzen təmsilçisi ötən mğvsüm onun rəhbərliyi altında Almaniya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right