"Bavariya"nın müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər

Almaniyanın "Bavariya" klubunun müdafiəçisi Kim Min Ce karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az "Footbal Insider"ə istinadən xəbər verir ki, 28 yaşlı koreyalı ilə "Nyukasl" yaxından maraqlanır.

İngiltərə klubu futbolçunu yayda almaq üçün müqavilə təklif etməyə hazırlaşır.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə 43 oyunda meydana çıxıb və 3 qol müəllifi olub. "Transfermarkt" onun dəyərini 45 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right