Luiş Fiqu həyat yoldaşından ayrılıb. Portuqaliya yığmasının sabiq yarımmüdafiəçisi 29 illik birgəlikdən sonra Helen Svedinlə münasibətlərə son qoyub.
Newsport.az xəbər verir ki, ayrılığın səbəbi və təşəbbüskarın kim olduğu bilinmir. Lakin buna İker Kasilyasın keçmiş sevgilisi Klaudiya Bavelin açıqlamalarının təsir etməsi mümkündür. Bavel vaxtilə Fiqunun onunla yaxınlıq etmək istədyini bildirmiş, Luişin məhkəməyə müraciət etməsindən sonra sözlərini geri götürərək üzr istəmişdi. Portuqaliyalı isə Klaudiyanı bağışlamayacağını bildirmişdi.
Görünür elə bu səbəbdən Fiqunun ailəsində problem yaranıb. 1996-cı ildə, Luişin “Barselona”dakı ilk mövsümü zamanı şam yeməyində tanış olan cütlük bundan 5 il sonra rəsmən evlənmişdi. Onların 3 övladı var.
İspaniya mətbuatına inansaq, hazırda Fiqu oteldə yaşayır və tezliklə cütlük mülkləri bölüşdürəcək.